Bu sürücülərə 7 il etibarlı olan sənəd veriləcək – QƏRAR
Nazirlər Kabineti “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” 14 iyul 2023-cü il tarixli qanunun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib, bəzi qərarlarını ləğv edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”yə əlavələr edilib.
Əlavələrə görə, xüsusi hazırlığın təşkili və keçirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində...