Prezidentdən Artur Rasi-zadə ilə bağlı SƏRƏNCAM
Artur Tahir oğlu Rasi-zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, A.Rasi-zadə bu ordenlə Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə təltif edilib.
Xatırladaq ki, Artur Rasi-zadə 1996-2018-ci illərdə Azərbaycanın Baş naziri olub.
Bizim.Media...