Ceyhun Bayramov Hakan Fidanı Ermənistanla sülh prosesi barədə MƏLUMATLANDIRDI - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat paylaşılıb.
Qeyd edilib ki, görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik tərəfdaşlığının bir sıra aspektləri, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadiyyat, kommunikasiyalar, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Bayramov regiondakı son vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi barədə də məlumat verib.
Bizim.Media...