İlk olaraq bu yollarda tramvay xətləri ÇƏKİLƏCƏK
Ölkə başçısının sərəncamına əsasən Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Proqramda bir çox yenilik nəzərdə tutulub. Buraya yeni metrostansiyaların tikilməsi, tramvay xətlərinin çəkilişi, tıxacın aradan qaldırılması üçün yeni tədbirlər və yolların salınması və s. daxildir.
Bu istiqamətdə müzakirə olunan məsələlərdən biri də yenidən tramvay xətlərinin çəkilməsi və sərnişindaşıma üçün istifadəyə verilməsi ilə bağlıdır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd etdi ki, Mehdia...