8 sakini təyyarə qəzasına düşən kənddən REPORTAJ – FOTO
Bu kənddə iki gündür sükutdur...
Söhbət 8 sakini təyyarə qəzasına düşən Zaqatalanın Danaçı kəndindən gedir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, adətən bu kəndə gələndə qonaqları həmişə velospedçilər və motoskletçilər qarşılayardı. Bu kənddə ən çox bu nəqliyyat vasitələrindən istifadə olunur. Çünki bu kəndin hər bir sakini alın təri və zəhməti ilə dolanır. Bu minvalla da onların üz tutduqları ölkələrdə də hər zaman hörmət-izzətlə çalışıb, ad çıxarıblar.
Danaçıların ən çox üz tutduğu ölkə hələ Sovetlər birliyindən Rusiya və onun şəhərlədiridir.
Burada onların qohum-əqrabası, tanışları yetərincə olduğundan qohumluq bağlarını da saxlayırlar. Kənd sakinlərinin həmçinin ən...