Prezidentdən Saray körpüsü ilə bağlı SƏRƏNCAM
Samur–Abşeron kanalı üzərində yeni körpü tikiləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Körpünün sökülməsi ilə bağlı Sumqayıt-Saray istiqamətində hərəkət edən marşrutların hərəkət sxemi DƏYİŞDİRİLDİ
Sərəncama əsasən, Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi məqsədilə 9 milyon 960 min manat vəsait 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət A...