Yaralıların son vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA - FOTO
Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı yaralananlardan 6-sı reanimasiyadadır.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın Mangistau vilayət administrasiyasından məlumat verilib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda...