İlham Əliyevdən NATO-Rusiya toqquşması ssenarisi ilə bağlı AÇIQLAMA – VİDEO
“Mən hər halda ümid edirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gəlib çatmayacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bildirib.
“Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və təbii ki, regionlarla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini anlayır. İkincisi, mən hələ də ümid edirəm ki, ABŞ-da administrasiya dəyişikliyi ilə həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci dövrdəki prezidentlik təc...