Yeddi yaralının olduğu amfibiya təyyarəsi Bakıya ÇATDI - VİDEO
Ötən gün Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə sağ qalan sərnişinlərdən 7-si artıq Bakıya gətirilib.
Bizim.Media xəbər verir ki, yaralı sərnişinlər FHN-nin amfibiya tipli təyyarəsi ilə ölkəyə gətirilib.
Yaralılar Hava Limanından birbaşa təcili yardım maşınları ilə xəstəxanaya çatdırılacaq.
Qeyd edək ki, ümumilikdə AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərindən 14 nəfər, o cümlədən 1 uşaq Azərbaycana yola salınıb.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yet...