Hərbi hissədə əsgər ölüb, cinayət işi başlanılıb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Anar Yolçu oğlunun özünü öldürməsi barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Hərbi Prokurorluqdan bildirilib.
Bildirilib ki, daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.
Qeyd edilib ki, fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəs...