COVİD19-a qarşı vaksinasiya dayandırılıb – RƏSMİ
Ölkədə COVID-19-a qarşı kütləvi vaksinasiya mərhələsi başa çatıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Nazirlikdən o da bildirilib ki, bu proses əsasən əvvəlki illərdə həyata keçirilib:
“Hazırda əhalinin böyük hissəsində koronavirusa qarşı immunitet formalaşdığından, COVID-19 infeksiyası mövsümi respirator viruslar səviyyəsində qiymətləndirilir.
Eyni zamanda, əhali arasında profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə vaksinasiya kampaniyasına start verilib. Bu məqsədlə Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan, təhlükəsi...