SENSASİON İDDİA: Rusiyanın kargo təyyarəsi ilə onlarla iranlı diplomat ölkəni tərk edib
Livan mətbuatının yaydığı məlumata görə, Rusiyaya məxsus yük təyyarəsi Beyrutdan havaya qalxaraq 100-dən çox iranlı diplomat və onların müşavirlərini ölkədən çıxarıb. Hadisə ABŞ-İsrail və İran arasında davam edən müharibə fonunda bölgədə diplomatik hərəkətliliyin artdığı bir vaxtda baş verib.
Bizim.Media xəbər verir ki, MTV telekanalının məlumatına görə, IL-76 tipli rus kargo təyyarəsi Beyrutdakı Rəfiq Həriri Beynəlxalq Hava Limanından havaya qalxıb. Təyyarənin İran diplomatlarını və bəzi müşavirləri daşıdığı iddia olunur.
Məlumatda həmçinin bildirilir ki, təyyarədə İsrailin Beyrutda həyata keçirdiyi hücumlar zamanı öldürüldüyü deyilən İran İnqilab Keşikçiləri Korpusunun...