Bakıda fərdi yaşayış evində partlayış – XƏSARƏT ALAN VAR - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus fərdi yaşayış evinin mətbəxində, ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
FHN-in qüvv...