Bu gün 300 məhkum azadlığa ÇIXACAQ
Amnistiya aktının Ədliyyə Nazirliyində icrası həyata keçirilir.
Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə. Prezident İlham Əliyevin təşəbbüsü ilə 19 dekabrda “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının icrası davam etdirilir.
Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində Amnistiya aktının icrası Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Nazirlik yanında İctimai Şuranın, media nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində amnistiyaya düşən 300-ə yaxın məhkuma sənədləri təqdim olunur və azadlığa buraxılması həyata keçirilir.
Amnistiya aktın...