Vətəndaşlara XƏBƏRDARLIQ: Dövlət qurumları adından saxta bildirişlər göndərilir
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzində aparılmış monitorinqlər və daxil olmuş insident bildirişləri əsasında “AzStateNet” şəbəkəsinə daxil olan müxtəlif dövlət qurumlarına aid elektron poçt ünvanlarını hədəf alan fişinq xarakterli kütləvi e-poçt kampaniyası müəyyən edilib.
Bu barədə Bizim.Media-ya Elektron Təhlükəsizlik Xidmətindən (Milli CERT) bildirilib.
Məlumata əsasən, hücum ssenarisi vətəndaşlarda qorxu və təciliyyət hissi yaratmağa yönəlmiş sosial mühəndislik üsullarına əsaslanaraq, saxta bildirişlər və əlavə sənədlər vasitəsilə qurbanları müəyyən tələbləri ye...