ABŞ və İran arasında atəşkəs ƏLDƏ OLUNDU
ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin feldmarşalı Asim Munir ilə aparılan danışıqlardan sonra belə qərar qəbul edilib.
Tramp bildirib ki, tərəflər İran ərazisinə yönəlmiş “dağıdıcı qüvvənin” qarşısının alınmasını xahiş edib.
Açıqlamada qeyd olunur ki, İran İslam Respublikası Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılmasına razılıq verib. Bunun qarşılığında ABŞ tərəfi İranın bombardmanını və hücumlarını iki həftəlik müddətə dayandırmağa razılaşıb. Bu ad...