Parklanma ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi bayram günlərində avtomobillərin nizamsız parklanmasıyla bağlı əhaliyə müraciət edib.
Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.
Müraciətdə bildirib ki, dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar
ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər:
"Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarş...