SON DƏQİQƏ! İranla sərhəddə silahlı İNSİDENT – Dörd nəfər... – FOTO
Fevral ayının 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə 4 (dörd) nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilməsi müşahidə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülmüşdür.
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin əmrə tab...