Bu gün Gənclər Günüdür
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.
Bizim.Media xəbər verir ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub.
1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib.
Respublikamızda Gənclər Gününün qeyd olunması isə 1997-cı ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.
Prezident İlham Əliyev isə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proq...