40 günlük sınaq və dəyişməyən MÖVQE – İlk mesaj yenə Bakıdan VERİLDİ
Məlum olduğu kimi, bu gün ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması əldə olunub. Bununla da 40 gündür davam edən qanlı savaş sona çatıb.
Razılaşmanın əldə olunmasından sonra, İranı təbrik edən ilk lideri isə Azərbaycan Prezidenti İlham Əliyev oldu. Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edərək, elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb. Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Diplomatik etika və dostluq mesajları
Ümumilikdə Azərbaycan 40 günlük savaş dövründə sərgilədiyi diplomatik mövqe və göstərdiyi yardımlarla İranla dost ölkə...