Mehriban Əliyeva: "Uca Tanrı xalqımıza sülh, həmrəylik və mənəvi güc bəxş etsin" - FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günündə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə fotosunu paylaşıb.
Bizim.Media xəbər verir ki, paylaşımda qeyd olunub:
"Əziz həmvətənlərim, bacı-qardaşlarım!
Yeni 2026-cı ilin ilk günündə hər birinizə möhkəm cansağlığı, uğur və rifah arzulayıram. Qoy bu il ümidlərinizi doğrultsun, ürəyinizdəki bütün arzularınızı həyata keçirsin.
Hər birimizin yaşı bir il də artdı və inanıram ki, daha müdrik olduq. Qoy bu müdriklik bizə ən tutqun günlərdə belə işığı görməyə kömək etsin. Qoy qəlblərimizdə mərhəmət daha çox olsun. Qoy sevgimizin və xeyirxahlığımızın enerjisi ətrafımızı bürüsün.
...