Azərbaycan təhsil sisteminin rəqəmsallaşma imkanları müzakirə olunub - FOTO

Azərbaycan təhsil sisteminin rəqəmsallaşma imkanları müzakirə olunub - FOTO

Hazırda oxunan: Azərbaycan təhsil sisteminin rəqəmsallaşma imkanları müzakirə olunub - FOTO

249395

Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və SABAH.HUB İnnovasiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə seminar keçirilib. 


Sfera.az xəbər verir ki, seminar təhsil texnologiyaları üzrə regional və qlobal trendlərin müzakirəsi, onların əsasında Azərbaycan təhsil sisteminin rəqəmsallaşma fürsətlərinin müəyyən edilməsi məqsədilə təşkil olunub. 


Seminarda əvvəlcə SABAH.HUB İnnovasiya Mərkəzinin icraedici direktoru Rəhim Bayramlı açılış nitqi ilə çıxış edib. 


Ardınca mərkəzin startapların inkişafı üzrə direktoru Orxan Abbasov “Regionda innovativ təhsil üzrə startaplar”, Strategiya və layihələrin idarə olunması şöbəsinin rəhbəri Nihat Məcidov “Müasir təhsil innovasiyaları” mövzularında təqdimat ediblər. 


Seminarda həmçinin ölkəmizin təhsil sisteminin mühüm çağırışları müzakirə olunub, SABAH.HUB və təhsil qurumlarının resursları əsasında bu çağırışlara cavab verə biləcək metod və texnologiyalar təklif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO