6 saylı məktəbdəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

6 saylı məktəbdəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: 6 saylı məktəbdəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

241184

Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlarla bağlı araşdırma aparılıb.
 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sfera.az-a verilən məlumata görə, yanvarın 10-da məktəbə daxil olan müraciət əsasında valideynlərin də iştirakı ilə təhsil müəssisəsində kamera görüntüləri izlənilib. Məlumatda səsləndirilən fikirlər video görüntülərdə öz təsdiqini tapmayıb.

Bununla yanaşı, ümumi təhsil müəssisəsinin psixoloqları ümumilikdə siniflə, rayon polis idarəsinin əməkdaşları isə valideynlərin iştirakı ilə hər bir şagirdlə ayrılıqda söhbət aparıb.
 

Qeyd edilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb.
 

Xatırladaq ki, Bakı şəhər sakini Əliyeva Nuridə Adnan qızı (ad,soyad şərtidi) iddia edirdi ki, şəhər 6 nömrəli məktəbin 2-ci sinif şagirdi S. Əliyev(ad, soyad şərtidi) həmin məktəbin 7- ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi seksual hərəkətlərə təhrik edilib.



Firuzə Əliyeva
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO