Daha 4 məktəb koronavirusa görə bağlandı

Daha 4 məktəb koronavirusa görə bağlandı

Hazırda oxunan: Daha 4 məktəb koronavirusa görə bağlandı

138285
Ağdaşda daha dörd orta məktəb distant təhsilə cəlb olunub.

Sfera.az ”Report”a istinadən xəbər verir ki, rayonun Aşağınemətabad, Ortaləki, Qəsl və Qülbəndə kənd tam orta məktəblərinin hər birində 1 müəllimdə COVİD-19 testinin cavabı pozitiv çıxıb.

Bu səbəbdən Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dərs prosesi distant təhsilə keçirilməsinə qərar verilib. Məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib. Hazırda adı çəkilən məktəblərdə dərslər distant şəkildə davam etdirilir.

Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hər dörd məktəbin girişi və daxilində bütün otaqlar, idman zalları dezinfeksiya edilir.

Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə rayonun təhsil müəssisələrində 45 şagird və 20 müəllim COVİD-19 infeksiyasına yoluxub.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO