O, “Bəxt üzüyü”x9d filmində tərəf-müqabili olan aktrisa Firəngiz Rəhimbəyli ilə bağlı fikirlərini bölüşür:
“Firəngiz xanım hər cəhəti ilə özünəməxsus xanım idi. İstər aktrisa, istərsə də müğənni kimi olduqca istedadlı idi. Çox gözəl, həlim səsi var idi. Film çəkilişləri zamanı hər kəslə isti münasibət qururdu. Bizim Seda təkcə tərəf-müqabili kimi deyil, bir dost, yoldaş kimi də dəyərli insan idi. “Bəxt üzüyü”x9d filmində də çox uğurlu bir iş ortaya qoydu. Sonralar Amerika köçüb getdi. İndi də orada yaşayır. Bir-iki dəfə Azərbaycana gəlib, onda görüşmüşük. Təəssüf ki, uzun müddətdir o dostumuzla görüşmək fürsətimiz olmayıb. Bizim birlikdə çox xatirələrimiz olub, amma o filmin çəkilişlərinin üstündən 25 il ötüb. Doğrusu, indi xatırlaya bilmirəm...”x9d Qeyd edək ki, 1991-ci ildə lentə alınan “Bəxt üzüyü”x9d filmində Valeh Kərimov Moşu, Firəngiz Rəhimbəyli isə Sevda rolunu canlandırıb.

































































































