Ruminiyalı homoseksual müğənni Azisin Bakıda baş tutan konserti cəmiyyət arasında birmənalı qarşılanmayıb. Konsert zamanı xanımların və bəzi kişilərin Azisə qarşı göstərdikləri ilgi bir sıra tənqidçiləri bu haqda danışmağa vadar edib.
Moderator.az - a açıqlama verən müğənni Əli Mirəliyev də Azisin Bakıdakı konsertinə müsbət yanaşmadığını deyib:
“Biz kommunizim dövründə yaşamışıq, o zamanı bəyənmirik. Amma həmin vaxtlar belə şeylər yox idi. İnsanlarımız adətlərinə, dinlərinə bağlı idi. Cəmiyyət inkişaf edirdi, sağlam ailə, təhsil, tibb modeli formalaşmışdı. İndiki bir qrup gənclərə, tələbələrə baxıram, onların bu əməlləri nə cəmiyyətimizə, nə ölkəmizin inkişafına töhfə verməyəcək. Televiziyalar bütün günü efirlərində bayağı verilişlər verərək insanların zövqünü korlayırlar. Bizim Üzeyirimiz olub, muğamımız, Alimimiz var, hansı ki, bütün dünya dinləyir. İndi bir Azisi dəstəkləyən, onu qarşılamaq üçün canfəşanlıq edən gənclərdən nə gözləyəsən? Meymun kimı çıxır səhnədə atdanıb-düşür, bilmirsən kişidir, yoxsa qadın. Ana uşaq dünyaya gətirir ki, övladı böyüsün, təhsil alsın, ailə qursun. Bəzi kişiciklər gedib öz həmcinsi ilə evlənir, onlara deməyim odur ki, anan bu hala düşəcəyini bilsəydi aborta gedərdi.”x9d
Xəyal Əzizov






























































































