Atəş açan şəxslərin şəxsiyyəti və hadisənin səbəbləri hələlik məlum deyil.
“Səsi çox gözəl”x9d yarışması ilə tanınan gənc müğənni Mutlu Kaya silahlı hücuma məruz qalıb.
oxu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun evinə silahlı basqın nəticəsində ifaçı başından aldığı güllə yarası ilə xəstəxanaya aparılıb. Atəş açan şəxslərin şəxsiyyəti və hadisənin səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, məktəblərdən birinin yeməkxanasında çalışan Mutlu Kayanı müğənni Sibel Can kəşf edərək Diyarbakırdan İstanbula aparmışdı.


































































































