Kıvanç Tatlıtuğ pərəstişkarlarına pis xəbər ”“  FOTOLAR

Kıvanç Tatlıtuğ pərəstişkarlarına pis xəbər ”“ FOTOLAR

Hazırda oxunan: Kıvanç Tatlıtuğ pərəstişkarlarına pis xəbər ”“ FOTOLAR

60714
Tanınmış türk aktyor Kıvanç Tatlıtuğ 2015-ci ilin sonuna qədər ekranlarda  görünməyəcək.
 
Türkiyə mətbuatına istinadən xəbərə görə, o da keçmiş tərəf müqabili Beren Saat kimi uzunmüddətli istirahət etmək qərarı verib. Buna səbəb isə aktyorun böyük ümidlərlə başladığı “Kurt Seyit” və “Şura” seriallarında istədiyi reytinqi toplaya bilməməsidir. Hər iki serialın bitməsinə qısa müddət qalsa da, aktyora saysız-hesabsız serial təklifləri var. Amma Tatlıtuğ təklifləri rədd edərək, ekrandan uzaq qaldığı müddətdə aktyorluq təhsilini təkmilləşdirmək niyyətindədir.
 
Qeyd edək ki, aktrisa Beren Saat də ötən il “Aşkı Memnu” və “Fatmagülün Suçu Ne” seriallarının ardınca çəkildiyi ”İntikam” serialında uğur qazana bilməmiş və bu səbəbdən bir müddət çəkilişlərdən uzaqlaşmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO