Məşədibabanın oğlunun Rəşad Dağlı ilə bağlı yazdığı şeir trend oldu - VİDEO

Məşədibabanın oğlunun Rəşad Dağlı ilə bağlı yazdığı şeir trend oldu - VİDEO

Hazırda oxunan: Məşədibabanın oğlunun Rəşad Dağlı ilə bağlı yazdığı şeir trend oldu - VİDEO

582167
Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın həbsdə olan Rəşad Dağlı ilə bağlı yazdığı şeir böyük marağa səbəb olub.
 
Sosial şəbəkədə izlənmə rekordu qıran görüntülərdə Mircəlal Aydəmirov tanınmış meyxanaçının tezliklə azadlığa qovuşmasını arzulayıb.
 
Qeyd edək ki, qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.
 
R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirməkdə ittiham olunur.

(baku.ws)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO