NARKOTİK İSTİFADƏ ETDİYİNİ ETİRAF ETDİ

NARKOTİK İSTİFADƏ ETDİYİNİ ETİRAF ETDİ

Hazırda oxunan: NARKOTİK İSTİFADƏ ETDİYİNİ ETİRAF ETDİ

31848

Moderator.az-ın show.az-a istinadən məlumatına görə narkotik istifadə etdiyinə görə həbs olunan aktyor Kənan İmirzalıoğlu digər tərəfdən pərəstişkarları tərəfindən məktub yağışına qərq olub.Ona yazılan məktubların biri isə aktyoru yaman təsirləndirib. Pərəstişkarı məktubda qeyd edib ki, bu addımı məşhur “Karadyı”ya heç yaraşdırmayıb. Məktubda yazılır: “Bütün rol aldığın serialları bir-bir izləyib, sənə məktublar yazıb, həmin məktubların ünvanına çatmasını arzulayan sadə vətəndaşam. “Dəli ürək”in hər seriyasını, təkrarını da sevgi ilə izləyirəm. Bir gün səhər bu xəbəri eşitdim. Bu xəbər məni çox üzdü. Sən ürəyimin elə bir yerində oturmusan ki, heç cür sənə bu hərəkəti yaraşdırmıram. Səni hətta maqazin verilişlərində, seriallarda görəndə “kaş 10 dəqiqə artıq baxa bilərdim gözlərinə” deyib fikirləşərkən, səni polislərin ətrafında görmək məni çox sarsıtdı. Heç yaraşmadı, “Karadayı”ya heç yaraşmadı. İnşallah tez bir zamanda günahsızlığın sübut olunar”.

Aktyor isə polisə ifadəsində bildirib ki, iki il əvvəl bir dəfə Yunanıstanda dincələn zanaman istifadə edib, neçə dad verdiyini biləmk üçün. Telefon danışığları zamanı isə onun dostundan qoz, findıq yəni, ləbləbi istədiyi bildirilib. Deyilənə görə, telefonla danışdığı kəs Eray Özbay Şərq bölgəsində ləbləbi satır. Buna görə də aktyor məhz həmin tanışından bu təamları istəyib.

 Kənan onu da qeyd edib ki, o artıq bir ildir ki siqaret də çəkmir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO