“Verilişlərə gedərkən seçim edirəm, hansı uyğundursa, ora gedirəm” - Nura Suri...

“Verilişlərə gedərkən seçim edirəm, hansı uyğundursa, ora gedirəm” - Nura Suri...

Hazırda oxunan: “Verilişlərə gedərkən seçim edirəm, hansı uyğundursa, ora gedirəm” - Nura Suri...

254609
Müğənni Nura Suri Moderator.az-a açıqlamasında ötən il o, tamaşaçılara iki klip və bir albom təqdim etdiyini bildirib.xa0

2018-ci ili özü üçün uğurlu il hesab edən Nura təzə ildə də yeni mahnılar üzərində işlədiyini bildirib:

“Ötən ilin sonlarında “Sevgi romanı”, “Gitmə” adlı iki klip və dijital platformalarda “Dəlisiyəm” adlı albomumu təqdim etdim. “Dönmək olmur” adlı ekran işi isə “Gitmə” adlı klipimin davamıdır və 2019-cu ildə “Dönmək olmur” albomumu təqdim etdim. Eyniadlı mahnıya fotosessiya da etdirdim. Təhlükəli qurğuların üstündə çəkdirdiyim fotolar inanıram ki, izləyicilərin də marağına səbəb olacaq”.xa0

Müğənni televiziyalarımızla bağlı danışarkən bildirib ki, o, verilişə gedərkən seçim edir:

“Hər verilişə, hər tədbirə getmirəm. Dəvət alanda seçim edirəm. Hansı mənə uyğundursa, ora gedirəm”.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO