“Kaş ki, bu xəbər yalan olaydı...” - Aybəniz Haşımova Amaliya xanıma görə ağladı...

“Kaş ki, bu xəbər yalan olaydı...” - Aybəniz Haşımova Amaliya xanıma görə ağladı...

Hazırda oxunan: “Kaş ki, bu xəbər yalan olaydı...” - Aybəniz Haşımova Amaliya xanıma görə ağladı...

246628
Bu gün səhəri xalq artisti Amaliya Pənahovanın ölüm xəbəri ilə açdıq. A.Pənahovanın qəfil ölüm xəbəri hamını təəccübünə səbəb olub. Heç sənət dostları da ona nə olduğunu bilmir.xa0

Əməkdar artist Aybəniz Haşımova Moderator.az-a açıqlamasında göz yaşlarına hakim ola bilməyib:

“Çox acı xəbərdir. Qəfildən niyə dünyasını dəyişdi, bilmirəm. Çox pis olmuşam. İndi sizinlə ağlaya-ağlaya danışıram. Amaliya xanım kimi sənətçilərimiz Azərbaycan incəsənətinin onurğa sütunlarıdır. Onlara bir şey olanda, elə bilirəm ki, Azərbaycanın ürəyinə xəncər sancılır. Çox vəfasız dünyadır. Allah rəhmət eləsin. Kaş bu xəbər yalan olaydı. Bir dəfə mənim də yalandan ölüm xəbərim yayılmışdı. Hava limanında bir xanım məni qucaqlayıb ağladı ki, “Siz salamatsınız?”.xa0

A.Haşımova Amaliya xanıma qarşı sosial şəbəkələrdə və saytlarda da təzyiqlərin olduğunu vurğulayıb:

“Yazıq xanımı bütün günü qınayırdılar. Sosial şəbəkələrdə, saytlarda yazıq qadının fotosunu paylaşıb məsxərəyə qoydular. Adama deyərlər sizin Amaliya xanımla nə işiniz var idi? O, da bütün bunları ürəyinə saldı”.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO