Elza saytları məhkəməyə verəcək - Benzin şerinə görəÂxa0

Elza saytları məhkəməyə verəcək - Benzin şerinə görəÂxa0

Hazırda oxunan: Elza saytları məhkəməyə verəcək - Benzin şerinə görəÂxa0

184785

Moderator.az xəbər verir ki, Azərbaycanın Əməkdar artisti, bəstəkar-ifaçı Elza Seyidcahan onun adından benzinin bahalaşmasına yazılmış şeir paylaşan saytları məhkəməyə verir. Elza xanım bu barədə özü məlumat verib.xa0

O, bunları deyib:

“Bəzi savadsız, Azərbaycan xanımlarına, öz xalqına hörmət etməyən kəslərədir sözüm. Artıq düşmən axtarmağa dəyməz, düşmən artıq bizim öz içimizdədir, hansı ki, bir birimizin adından olmayan sözləri dərc etdirirk. Mənə aid olmayan sözləri siz mənim adımdan yazırsınız. Bəzi saytlar o qədərmi tükəniblər ki, yanlış məlumatı dərhal öz saytlarında Elza Seyidcahanın adından yerləşdiriblər? Nə olar, hamınız məhkəmədə cavab verərsiniz ki, nəyə görə Elza Seyidcahanın adından əsası olmadan benzinin bahalaşmasına aid şeir paylaşmısınız”x9d.xa0

Əməkdar artist onun adından heç bir əsası olmadan şeir paylaşanları tərbiyəsiz adlandırıb:

“Elzanı təhlil edin, təmsil edin, təqlid edin, təbliğ edin, hörmət edin amma öz benzininizə yazığınız gəlsin. Çünki öz benzinizi Elzaya sərf edirsiniz. Ona görə də benzinin qiyməti yaxşı olub bahalaşıb. Dəmirin benzininə görə narahat olursunuz, amma öz benzinizə görə heç narahat olmursunuz, Elzaya sərf edirsiz. Bununla da əslində Elzaya hörmət edirsiniz. Ayıb olsun sizlər üçün, təbiyəsizlər!”x9d

Qeyd edək ki, bu gün bir çox saytlarda Elza Seyidcahanın adından aşağıdakı şeir yayımlanıb:

Qalxdı?! Yenə qalxdı?!

Qaldırsınlar, lap birdə qaldırsınlar.

Qaldırmasınlar? Dədəmizi yandırmasınlar?

Onlar qaldırmasa kim qaldıracaq?

Qoy qaldırsınlar, sən də qaldır,xa0

O da qaldırsın, mən də qaldırım,

Yox, sən qaldırmasan yaxşıdır.

Amma o qalxsın, baxsın, taxsın

Axsın, axa-axa bir də qalxsın

Bax sən onda qaldırarsan

Qaldıranlar sənə baxsın,

Baka taxsın, dolub daşsın, yerə axsın.

Onda hamı sənə baxsın,xa0

Qoy qalxsın. xa0


Zəhra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO