2 il yarım əvvəl narkotik maddə ticarəti ilə bağlı həbs olunan Türkiyənin tanınmış müğənnisi Deniz Seki azadlığa buraxılıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ifaçı mətbuat nümayəndələrinə açıqlamasında “Çox çətin idi. Bir müddət istirahət etməyi düşünürəm. İki gün sonra geniş şərh verəcəyəm”x9d deyib.
Fanatları müğənnini həbsxananın çıxışında izdihamla qarşılayıblar.
Deniz Sekini qarşılamağa gələnlər arasında qardaşı Serkan Seki və nişanlısı Faruk Salman da olub.





























































































