Məşhur "plus-size" model, amerikalı Eşli Qrehem bir müddət əvvəl sosial şəbəkədə yaydığı fotoya görə tənqid olunub.
28 yaşlı model bu fotoda arıqlamış vəziyyətdə idi.
Sosial şəbəkədə Eşli fotosunu manipulyasiyalar, fotoşop vasitəsilə dəyişməkdə, olduğundan arıq görünmək istəyində suçlanıb.
"Arıqlamamışam, dəyişməmişəm. Mən tənqid edənlərə sakitləşməyi məsləhət görürəm. Nə çox kök, nə də çox arıq deyiləm. Çəkimdən sizə nə?!", - Eşli Qrehem bildirib.(big.az )







































































































