Əməkdar artist Firuzə İbadova şəxsi həyatı ilə bağlı açıqlama verib.
Sənətçi "ATV maqazin onlarla" ailə həyatı qurduqdan sonra peşman olduğunu dilə gətirib:
"Lənkəranda ana nəslim çox məşhurdur. Babamın ləqəbi də var: qara hacı, qızıllı hacı deyirdilər babama. Anam isə səxavətli qadın idi. Atamın ikinci ailəsi oldu və anam bizi atasız böyütdü. Mən həmin situasiyanı görmüşdüm. Öz həyatım da elə gətirdi ki, mənim də həyatımda həmin şey baş verdi. İki ev arasında qalan bir insanla ailə həyatı qurdum. Düzgün ailə deyildi. Mənə dedilər ki, sən axı qızıllı Hacının nəvəsi idin. Sənin nə işin var idi bu sənətdə? Ata evimdə olmasa da, ana evimdə görmüşdüm axı hər şeyi. Mənim üçün elə elçilər gəlirdi ki...Rəhmətlik Şövkət Ələkbərova bizə dərs deyəndə mənə bir dəfə qayıtdı dedi ki, Firuzə sən bu sənətin adamı deyilsən. Diplomunu al qoy başının altına, get ərə. Bu sənət sənə görə deyil. Sən yırtıcı olmalısan, səhnə qısqancdır. Səhnə qadınlar üçün Məcnundur, səhnə kişilər üçün Leylidir. Sən dözməyəcəksən deyirdi. Neçə illərdir deyirəm ki, Şövkət xanım necə də düz demişdiniz...".
F.İbadova həmçinin bildirib ki, nə evi, nə də maşını var:
“Heç avtomobilim də yoxdur. Övladımın maşını var idi, satıb qaldığım evin sahibinə vermişəm. Heç kim bilmir ki, yaşadığım mənzil belə mənimki deyil. Kimə desəm, buna inanmaz. Amma bilsinlər ki, mən təkəm, Firuzənin sevgilisi, həyat yoldaşı, dayısı, əmisi, qardaşı yoxdur”x9d.(big.az)



























































































