Xalq artisti Aygün Kazımova son plastik əməliyyatdan sonra ölümlə üz-üzə qaldığını açıqlayıb.xa0
Moderator.az xəbər verir ki, "ATV magazin onlarla" verilişində xalq artisti bildirib ki, əməliyyatdan bir həftə sonra vəziyyəti pisləşib:
"Əməliyyatım çox uğurlu keçdi. İstanbuldakı evimdə idim. Bir həftə sonra hərarətim qalxdı. Hətta isti yorğanın altında üşüyürdüm. Yeriyə bilmirdim, məni qaldırırdılar. Otaqlar isti olsa da çox üşüyürdüm. Heç kimə demirdim. Səhər yuxudan ayılanda gördüm ki, yerim qan içindədir. İlqarə İstanbuldaydı və Bakıya dönməli idi. Qızımdan gizlətdim. Həkimə getmək istəmirdim, xəstəxanalardan bezmişdim. Bədənim qapqara idi, qara-qara ləkələr var idi. Daxili qanaxma baş vermişdi. Təzədən məni əməliyyat etdilər. Həkimlər otağa gələndə elə bilirdim cəlladlar gəlir. Elə bilirdim ki, məni öldürməyə aparırlar. Düşündüm ki, bu mənə işarədir, Allah da bezib mənim risklərimdən. Nə qədər əməliyyat olar. Elə bilirdim, ayağa durmayacağam, səhnəyə çıxmayacağam, elə əməliyyatda ölürəm. Düşündüm ki, qızımı bir daha görməyəcəyəm. O qədər canım ağrıyırdı ki, sağollaşmışdım artıq həyatla... ".xa0
Xəstəxanaya aparılan Xalq artisti bildirib:xa0
" Həkim məni həmən əməliyyat etdi. Qızımdan da gizlətdim. Dedim bir-iki gün qalım burada gələcəm. Bir neçə gün sonra yenə qanaxma oldu və əməliyyat olundum".
Xalq artisti bir daha plastik əməliyyat etdirməyəcəyini vurğulayıb.



































































































