Ötən gün azərbaycanlı müğənni, tenor, 38 yaşlı Yusif Eyvazovun Rusiyanın tanınmış opera müğənnisi, 44 yaşlı Anna Netrebko ilə toyu olub.
Oxu.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, cütlüyün nikahı Vyananın “Hofburq”x9d sarayında baş tutub. Daha sonra onlar toy mərasimlərinin keçiriləcəyi Lixtenşteyn sarayına yollanıblar.
Rusiyalı müğənni Filipp Kirkorov bəyin nikah şahidi olub.































































































