Yarışmanın keçmiş milli rəhbəri niyə həbs olundu?
“Miss Globe Azerbaijan”x9d gözəllik müsabiqəsinin rəsmi Facebook səhifəsində ötən il birinci seçilən, daha sonra tacı əlindən geri alınaraq yarışmanın təşkilatçıları ilə qalmaqal yaşayan model Banu Şücai haqqında türk dilində açıqlama yer alıb.
Oxu.Az xəbər verir ki, mətndə yazılır:
“Azərbaycan ictimaiyyətinə açıqlama:
Banu Şücai 2014-ci ildə Azərbaycandakı milli yarışmada tacı qazanmasına baxmayaraq, müsabiqənin rəhbərliyinin dəyişməsi səbəbi ilə 2014-cü ildəki beynəlxalq finalda yarışması üçün hazırlıqlar davam edərkən, yarışmanın əvvəlki milli direktorunun qanuni məhdudlaşdırması ilə qarşılaşdıq. Yəni Banu Şücainin müqaviləsi bizə təhvil verilmədi. Buna görə Banu Şücai “Chrystal Hall”x9dda reallaşan beynəlxalq yarışmada ölkəsini təmsil etmək haqqını istifadə edə bilmədi. Onun yerinə Oksana Rzayevanı dəvət etdik.
Oksana Rzayeva
Bu vəziyyət hamımız üçün çətin bir proses oldu. Ancaq Banu Şücainin beynəlxalq yarışmada ölkəsini təmsil etmək istəyi və əzmi hamımızın təqdirini qazandı. Onun bu haqqı beynəlxalq təşkilatımız tərəfindən dondurularaq qorundu. 2015-ci ildə yarışmanın əvvəlki sahibinin qanuni müqaviləsinin müddəti tamamlandığından məhdudiyyət özbaşına aradına qalxmış oldu. Buna görə Banu Şücai bu haqqını 90-cı dəfə keçiriləcək finalda istifadə edəcək.
Ona bu ilin son ayında keçiriləcək beynəlxalq final yarışmasında uğurlar diləyirik”x9d.
Məsələ ilə əlaqədar “Miss Globe Azerbaijan”x9d yarışmasına ötən ilin yarısından rəhbərlik edən və bu ildə eyni vəzifəni öz boynuna götürənZamiq Yunisovla əlaqə saxladıq.
Yunisov xəbəri təsdiqlədi:
Zamiq Yunisov
“Bu il yenə də yarışmanın Azərbaycandakı rəhbəri mən olacağam. Sizin mənə söylədiyiniz informasiya tamamilə doğrudur”x9d.
Daha sonra layihənin ötən ilki baş prodüseri Aqil Məmiyevdən məsələyə aydınlıq gətirilməsini istədik:
Aqil Məmiyev
“Yarışmanın prezidenti Türkiyə vətəndaşı Rasim Aydın bu layihəni Azərbaycanda təşkil edən zaman ökəmizdə müsabiqəyə rəhbəriliyi “Merac Holding”x9d şirkəti edirdi.
Rasim Aydın
Şirkətin prezidenti həbs olunduqdan sonra rəhbərlik Zamiq Yunisova keçdi (“Merac Holding”x9din rəhbəri Səbuhi Əliyev ötən il Zaqatala-Balakən zonasında baş vermiş zəlzələ zamanı zərərçəkənlər üçün 204 evin tikintisində subpodratçı kimi işləməkdən ötrü “Bakıenerjitikinti”x9dnin nümayəndəsindən 20 min manat alarkən həbs edilib -red.). Onlar da o zaman müsabiqənin rəsmi qalibi Banu Şücaini Oksana Rzayeva ilə əvəz etdilər. Səbəb gətirdilər ki, Banu İran əsillidir.
Rasim Aydın və Səbuhi Əliyev
İki gün əvvəl isə Banu ilə danışmışıq, o da mənimlə sizin söylədiniz xəbəri bölüşdü”x9d.
Və beləliklə bu il keçiriləcək “Miss Globe International”x9d gözəllik müsabiqəsində Azərbaycanı Banu Şücai təmsil edəcək.
Banu Şücai






























































































