Qarabağda talanla məşğul olan xarici şirkətlər beynəlxalq məhkəməyə veriləcək - ÖZƏL

Qarabağda talanla məşğul olan xarici şirkətlər beynəlxalq məhkəməyə veriləcək - ÖZƏL

Hazırda oxunan: Qarabağda talanla məşğul olan xarici şirkətlər beynəlxalq məhkəməyə veriləcək - ÖZƏL

999

"AzerGold” QSC işğal olunmuş ərazilərimizdə əlvan metalların qeyri-qanuni hasilatı və ticarətinin qarşısının alınması ilə bağlı strategiya hazırlayıb.

Bizim.Media-nın sorğusuna cavablandıran “AzerGold” QSC mətbuat katibi  Ariz Tanrıverdiyev bildirib ki, strategiya sənədinin əsasını qızıl da daxil olmaqla əlvan metalların qeyri-qanuni hasilatı və ticarətinin qarşısının alınması təşkil edir.

“Bu strategiyanın icrası işğal altında olan əlvan metal yataqları üzrə konkret hüquqi tədbirlərin görülməsinə və beynəlxalq məhkəmələrdə baxılmasına hesablanıb”.

O, əlavə edib ki, Qarabağda metalların qeyri-qanuni hasilatı və ticarəti ilə məşğul olan şəxslər və şirkətlər barədə açıq mənbələrdən məlumatlar toplanılıb: “2019-2020-ci illərdə layihənin beynəlxalq komponentinin icrasını təmin etmək məqsədilə, layihənin icrasına nüfuzlu beynəlxalq hüquq şirkəti və bir sıra yerli ekspertlər cəlb olunub ki, müraciət beynəlxalq standartlara tam uyğun olsun. Hazırda sənədlərin tamamlanması üzərində işlər gedir”.

"AzerGold” QSC tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən əlvan metal yataqlarında aparılan qeyri-qanuni hasilat və ticarətin beynəlxalq müstəvidə hüquqi qiymət alması üçün xüsusi layihənin hazırlıq mərhələsinə 2016-cı ildə başlanılıb. 2018-ci ildə hazırlıq mərhələsi üzrə toplanılan materiallar ilkin olaraq AR Baş Prokurorluğuna təqdim edilib.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO