"Ermənistan qısa zamanda məsuliyyətə cəlb olunacaq" - RƏSMİ

Hazırda oxunan: "Ermənistan qısa zamanda məsuliyyətə cəlb olunacaq" - RƏSMİ

99768

"1918-ci il azərbaycanlıların soyqırımı, Xocalı soyqırımı, Başlıbel faciəsi və s. - bütün bunlar - Ermənistanın hərbi-siyasi rəhbərliyinin ideoloji idarəetmə xəttinin göstəricisi kimi qəbul edilir". 

Bizim.Media xəbər verir ki, bunu diplomatik korpus nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbirində Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev deyib. 

PA rəsmisi diqqətə çatdırıb ki, 100-ə yaxın mülki insan Ermənistanın atdığı raket hücumları nəticəsində öz həyatını itirib, eyni zamanda, 500-ə yaxın mülki şəxs yaralanıb: 

“Ermənistan hərbi-siyasi rəhbərliyi bu damğa ilə yaşayır. Bu onlar üçün mənəvi məsuliyyətdir. Biz çox ümid edirik ki, bu mənəvi məsuliyyət qısa zamanda hüquqi məsuliyyətlə əvəz olunacaq. Azərbaycan heç zaman mülki insanları hədəf almayıb. Azərbaycan dövləti Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi hərbi cinayətlərə cavabı döyüş meydanında verdi”. 

Cavid Musayev xatırladıb ki, Ermənistan tərəfi müharibənin ilk günlərindən törətdikləri təxribatları, hərbi cinayətləri pərdələmək məqsədilə dezinformasiyalara əl atıb:

“Azərbaycan dövləti həm döyüş meydanında müharibə aparırdı, eyni zamanda, çox böyük feyk nyuslara qarşı da müharibə aparmaq məcburiyyəti idi. Azərbaycan Ermənistanın yalanlarının qarşısını almaq üçün öz qapısını bütün dünyaya, o cümlədən beynəlxalq mediaya açdı. Gəncə və Bərdə vurulduğu günün səhəri Azərbaycan Prezidentinin köməkçisi və Baş prokurorun iştirakı ilə Azərbaycana akkreditə olunmuş bütün səfirlərin iştirakı ilə hadisə yerinə səfərlər təşkil edildi. XİN xətti ilə hadisə yerinə yüzlərlə xarici media nümayəndələri və bloqerlərin səfəri təşkil edildi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO