Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası işə başlayıb.
İclas işini geniş tərkibdə davam etdirir.
İclasda çıxış edən MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev MDB Dövlət Başçıları Şurasına sədrliyin Qırğızıstana keçdiyini bildirib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Mir” Teleradio Şurasının sədri Radik Batırşini MDB-nin diplomu ilə təltif edib.
İclasda MDB-nin icraçı katibi vəzifəsinin adı dəyişdirilərək baş katib adlandırıldı. MDB İcraiyyə Komitəsinin sədri–icraçı katibi Sergey Lebedev baş katib vəzifəsinə seçilib.
Daha sonra sənədlər imzalanıb.
Bununla da Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası başa çatıb.
Bizim.Media