“Rusiya regionda vəziyyətin nizamlanması məsələsini diqqətdə saxlayır” - Putin

“Rusiya regionda vəziyyətin nizamlanması məsələsini diqqətdə saxlayır” - Putin

Hazırda oxunan: “Rusiya regionda vəziyyətin nizamlanması məsələsini diqqətdə saxlayır” - Putin

99147

"Rusiya Azərbaycanın aparıcı ticarət və iqtisadi tərəfdaşlarından biri olaraq qalır". 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Astana Zirvə Toplantısının qəbulunda iştirak edib


Müxtəlif sahələrdə kifayət qədər böyük bir qarşılıqlı əlaqənin olduğunu bildirən Rusiya lideri qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi artır: 

"Keçən il hesab edirəm ki, 14 faiz, bu il isə ilk yeddi ayda yeddi faizdən çox artıb. İqtisadi operatorlarımız Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə qoyublar. Hökumətlərarası komissiyanın həmsədrləri mütəmadi olaraq görüşlər keçirirlər və sizin təklif etdiyiniz bir sıra perspektivli və maraqlı layihələr üzərində, fikrimcə, 2024-cü ilə qədər hesablanmış plana əsasən iş gedir". 

"Təbii ki, biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri daim diqqətdə saxlayırıq", - Putin əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO