Nazirlər Kabineti "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə” qərar verib.
Bizim.Media xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının (Komissiya) cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılıb.
Müəyyən edilib ki:
Komissiyanın Katibliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında şöbə hüququnda və 5 ştat vahidindən ibarət olmaqla təşkil edilir.
Katiblik:
-Komissiyanın, ekspert qrupunun və işçi qrupun fəaliyyət planını, Komissiyanın, ekspert qrupunun və işçi qrupun iclaslarında baxılacaq məsələlərin layihələrini, həmçinin hüquqi aktların layihə- lərini ekspert qrupunun və ya işçi qrupun üzvlərinin iştirakı ilə hazırlayır və müzakirəsini təşkil edir;
- Komissiyanın səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Komissiyanın, ekspert qrupunun və ya işçi qrupun iclaslarına çıxarır;
- aidiyyəti dövlət orqanlarından (qurumlarından), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlardan iclaslarda baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır;
- Komissiyanın, ekspert qrupunun və işçi qrupun fəaliyyətini təşkil və koordinasiya edir, Komissiyanın kargüzarlıq işlərini aparır, iclasların protokollarını tərtib edir və iclasların yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə təqdim edir;
- Komissiyanın qəbul etdiyi qərarların həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görür, Komissiya tərəfindən həyata keçirilməli olan tədbirlərin monitorinqini aparır, nəticələri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün hesabatlar hazırlayır;
- Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların Komissiyanın sədrinin razılığı ilə kütləvi informasiya vasitələrində yayılmasını təmin edir;
- Komissiyanın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı digər işləri həyata keçirir.
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, qərar “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 may tarixli 3272 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Qərara əsasən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:01 / 13.10.2022
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə KATİBLİK YARADILDI
Hazırda oxunan: Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə KATİBLİK YARADILDI
Hazırda oxunan: Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə KATİBLİK YARADILDI
99061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.