“Ermənistan “Böyük Qayıdış” prosesini ləngidir” – Dövlət Komitəsinin sədr müavini  

“Ermənistan “Böyük Qayıdış” prosesini ləngidir” – Dövlət Komitəsinin sədr müavini  

Hazırda oxunan: “Ermənistan “Böyük Qayıdış” prosesini ləngidir” – Dövlət Komitəsinin sədr müavini  

98751

"Dəqiq mina xəritələrini tam şəkildə təhvil verməkdən imtina etməklə Ermənistan fundamental insan hüquqlarını, xüsusən də yaşamaq hüququnu kobud şəkildə pozur, eyni zamanda məcburi köçkünlərin Böyük Qayıdış prosesini ləngidir". 

Bizim.Media xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 73-cü sessiyasında çıxışında deyib. 

F.Hüseynov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görülür, irimiqyaslı infrastruktur layihələri həyata keçirilir, aparılan yenidənqurma işlərində “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük verilir, artıq 70-ə yaxın ailə Zəngilan rayonun Ağalı kəndində bu konsepsiya əsasında inşa olunmuş mənzillərində yaşayır.  

Bildirilib ki, məcburi köçkünlərin Böyük Qayıdışı Azərbaycanın 2030-cu ilədək əldə olunacaq sosial-iqtisadi inkişafının beş milli prioritetindən biri kimi müəyyən edilib. 

Sessiyada Ermənistanın işğal altında saxlanılan Azərbaycan ərazilərini mina və digər partlamamış hərbi sursatlarla çirkləndirdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, beynəlxalq ekspertlərin fikrincə, bu ərazi ən çox minalanmış ərazilərdən biri hesab olunur. 

Məcburi köçkünlər üçün ədalətin bərpası regionda istənilən uzunmüddətli sülh və sabitlik üçün möhkəm təməldir və bu baxımdan, bu uzunmüddətli münaqişəyə son qoyulması məcburi köçkünlərin əsas fundamental hüquqlarının bərpası deməkdir.
Beynəlxalq ictimaiyyətin birgə səyləri ilə Azərbaycanın yaxın bir neçə ildə münaqişədən sonrakı reabilitasiya və reinteqrasiya üçün yeni model təqdim etmək iqtidarında olacağı vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO