​​​​​​​Sahibə Qafarova Moldovalı nazirlə görüşüb  

​​​​​​​Sahibə Qafarova Moldovalı nazirlə görüşüb  

Hazırda oxunan: ​​​​​​​Sahibə Qafarova Moldovalı nazirlə görüşüb  

98508

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 10-da ölkəmizdə səfərdə olan Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məlumata görə, Milli Məclisin sədri Moldova Respublikasının Baş nazirini salamlayaraq, Azərbaycan ilə Moldova arasında əlaqələrin hazırki səviyyəsi haqqında danışıb.  
 
Spiker ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayaraq, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünü qeyd etdiyimizi diqqətə çatdırıb.  
Həmçinin bildirilib ki, parlament sədri  müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO