Deputatlar Beynəlxalq Türk Dünyası Simpoziumunda çıxış edəcək

Deputatlar Beynəlxalq Türk Dünyası Simpoziumunda çıxış edəcək

Hazırda oxunan: Deputatlar Beynəlxalq Türk Dünyası Simpoziumunda çıxış edəcək

98500

Milli Məclisin deputatları Beynəlxalq Türk Dünyası Simpoziumunda iştirak edəcəklər. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məlumata görə, deputatlar İsa Həbibbəyli, Nizami Cəfərov və Əziz Ələkbərov Beynəlxalq Türk Dünyası Simpoziumunda iştirak etmək üçün Türkiyənin Ərzincan şəhərində səfərdədirlər. 
Beynəlxalq simpozium Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırımın və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyi ilə gerçəkləşir. 

Bildirilib ki, deputatlarımız simpoziumun tədbirlərinə qatılacaq və müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər. 

Simpoziumun əsas məqsədi bir çox sahələrdə elmi tədqiqatlar üçün türk dünyasının ortaq platformasını yaratmaqdır. Səfər oktyabrın 13-də başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO