Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilir.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində “Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilir.
Müəyyən edilir ki, Avtomobil Yollarının Mühafizə Xidməti (bundan sonra – Xidmət) Agentliyin balansına verilmiş avtomobil yollarının, eləcə də körpülərin, tunellərin və digər yol qurğularının qorunmasını təşkil edən publik hüquqi şəxsdir;
Xidmətin ləğvi və yenidən təşkili ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi isə Agentliyə həvalə edilir;
Xidmətin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:04 / 10.10.2022
"Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsə çevrildi – FƏRMAN
Hazırda oxunan: "Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsə çevrildi – FƏRMAN
Hazırda oxunan: "Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsə çevrildi – FƏRMAN
98496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.