Ermənilər Şahin Mustafayevi niyə sevirlər? - FAKTLAR

Ermənilər Şahin Mustafayevi niyə sevirlər? - FAKTLAR

Hazırda oxunan: Ermənilər Şahin Mustafayevi niyə sevirlər? - FAKTLAR

9842

Yanvarın 27-də Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin Moskvada görüşləri planlaşdırılıb.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan nümayəndə heyətinə Baş nazirin müvaini Şahin Mustafayev başçılıq edəcək. Üçtərəfli görüşdə Şahin Mustafayev Rusiya Federasiyası hökumətinin sədr müavini Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak edəcəklər.

 

MÖVZU İLƏ BAĞLI:

Şahin Mustafayev nümayəndə heyəti ilə İranda


Erməni mətbuatı bu görüşə fərqli rakursdan yanaşmaqda maraqlıdır. Belə ki, bu gün erməni KİV Şahin Mustafayevin Ermənistan SSR-də Barana (Noyemberyan) rayonunun Cucevan kəndində anadan olduğunu, orta təhsilini  kəndin 2 saylı orta məktəbində, daha sonra İrəvan Xalq Təsərrüfatı İnstitutunun bitirdiyini xüsusi olaraq qeyd ediblər. 

Daha sonra isə fikirlərini bu sözlərlə tamamlayıblar:

“Bu fakt Ermənistan nümayəndə heyətinin rəhbəri Mqer Qriqoryana Mustafayevlə Moskva danışıqlarında kömək edəcəkmi?”

Xatırladaq ki, Şahin Mustafayev iqtisadi inkişaf və sənaye naziri olduğu zamanlar ermənilər onun haqqında film də çəkmişdilər. Həmin qısametrajlı filmdə Ş.Mustafayevin məktəb yoldaşları, Ermənistandan olan uşaqlıq dostları da azərbaycanlı nazirin uşaqlığı, məktəb illəri və ailəsi haqda xatirələrini bölüşüblər. Bundan başqa  onun ilk müəllimi də Şahin Mustafayeva ürək sözlərini bildirib. 

Ermənilər Şahin Mustafayeva qarşı olan xüsusi simpatiyalarını qeyd edir, sanki onunla fəxr etdiklərini hər addımda sübut etməyə çalışırlar.

Politoloq İlqar Vəlizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, Şahin Mustafayevin nümayəndə heyətinə rəhbər təyin olunmasına danışıqların daha səmərəli keçməsi üçün yaxşı faktdır. Lakin bunun erməni tərəfi üçün xüsusi bir imtiyazı yoxdur. 

“Şahin Mustafayevin erməni dilinin bilməsini, o xalqın psixologiyasına bələd olması onlarla dil tapması çox müsbət haldır. Ancaq qeyd edək ki, Ş.Mustafayev ümumiyyətlə vəzifəsinə görə, bu işlərlə məşğuldur. Həmçinin o, Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədridir.

Bundan başqa, görüş təkcə Azərbaycan - Ermənistan münasibətləri üzərində qurulmayıb, eyni zamanda burada Rusiya ilə də əlaqələr müzakirə oluna bilər. Çünki Rusiya regionda iqtisadi nüfuzunu genişləndirmək istəyir və burada onun əsas tərəfdaşı Azərbaycandır. Mən belə düşünürəm ki, görüşündə əsas mövzusu məhz bu müzakirələr üzərində qurula bilər”,- deyə o, fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO