MTN-nin tutduğu “İŞİD”x9dçi gənclərin məhkəməsi başladı

MTN-nin tutduğu “İŞİD”x9dçi gənclərin məhkəməsi başladı

Hazırda oxunan: MTN-nin tutduğu “İŞİD”x9dçi gənclərin məhkəməsi başladı

97878
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "İŞİD"in tərkibində döyüşməkdə təqsirləndirilən Bəkirov Telman və Tahirov Mübarizin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası olub.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 6-na təyin edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında ə keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İŞİD" terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO